Ukrayna XİN Putin-Bayden danışıqlarına münasibət bildirib
Siyasət
16:31 08 dek, 2021
Bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib

"ABŞ prezidenti Co Bayden və Rusiya prezidenti Vladimir Putin arasında aparılan danışıqlar çəkindirmə və gərginliyi azaltmağa imkan verdi."
Qazet.az "Reuters"a xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitro Kuleba deyib.
Kuleba ABŞ-ın Rusiyanı danışıqlar masasına gətirmək səylərini alqışlayıb.
"Əlaqənin özü çəkindirmə və gərginliyin azaldılmasına xidmət edir. Biz ABŞ-ın Rusiyanı danışıqlar masasına qaytarmaq səylərində mühüm diplomatik iştirakını yüksək qiymətləndiririk", -deyə Ukrayna XİN başçısı bildirib.
Kuleba əlavə edib ki, əsas prioritet Moskvanın növbəti hərbi eskalasiyasının qarşısını almaq üçün çəkindirmə paketinin hazırlanmasıdır.