Bakı -11˚C Rain and snow

Ukrayna Zaporojyeyə BMT sülhməramlıları yerləşdirilməsini İSTƏYİR

Gündəm 23:51 04 yan, 2023
Ukrayna Zaporojyeyə BMT sülhməramlıları yerləşdirilməsini İSTƏYİR

Ukrayna Birləşmiş Millətlər Təşkilatından Zaporojye atom elektrik stansiyasına sülhməramlılar göndərməsini istəyib.

Qazet.az xəbər verir ki, bu barədə Ukraynanın dövlət nüvə enerjisi şirkətinin (Enerqoatom) rəhbəri Petro Kotin danışıb.

“MAQATE (Beynəlxalq Atom Enerjisi Agentliyi) səviyyəsində heç bir həll yolu yoxdur. Proses irəli getmir. Biz bu problemi növbəti səviyyəyə çatdırmağı təklif edərdik", - deyə o qeyd edib.

Rusiya BMT Təhlükəsizlik Şurasının sülhməramlılarla bağlı istənilən qətnaməsinə veto qoya bilər. Lakin Kotin bildirib ki, bu, Moskvanın hərəkətləri barədə ictimaiyyətin məlumatlılığını artıracaq.

O deyib ki, daxili iclasda Ukrayna rəsmiləri sülhməramlılar məsələsinin Təhlükəsizlik Şurasına necə qaldırılacağını müzakirə edəcəklər.