Ukraynada 118 şaxtaçı mədəndə qalıb
Gündəm
03:58 11 okt, 2022
Ukraynanın Dnepropetrovsk vilayətində raket hücumu nəticəsində zərər görən 4 mədəndə qalan şaxtaçıların təxliyəsi davam edir.
Qazet.az Unian-a istinadla xəbər verir ki, bu barədə daxili işlər naziri Denis Monastırski məlumat verib.
Bildirilib ki, hücum zamanı mədənlərdə 854 şaxtaçı olub. Hazırda yerin altında qalan 118 nəfərin xilas edilməsi prosesi davam edir.