Bakı 21˚C Mostly cloudy

Ukraynada administrasiya rəhbərinin maşını partladıldı

Gündəm 14:10 24 iyn, 2022

Bu barədə ukraynalı deputatı Aleksey Qonçarenko məlumat verib

Ukraynada administrasiya rəhbərinin maşını partladıldı

Səhər saatlarında müvəqqəti işğal olunmuş Xersonda naməlum şəxslərRusiyayönümlü hərbi-mülki administrasiyanın gənclər siyasəti üzrə idarənin direktoru Dmitri Savluçenkonun avtomobilini partladıblar.

Qazet.az xəbər verir ki, bu barədə ukraynalı deputatı Aleksey Qonçarenko məlumat verib.

“Xersonda ən məşhur yerli əməkdaşlardan birinin - Dmitri Savluçenkonun avtomobili partladılıb. İlkin məlumata görə, o, dünyasını dəyişib”, - Qonçarenko bildirib.