Bakı 20˚C Sunny

Ukraynada Ali Radanın deputatı barəsində həbs qərarı çıxarılıb

Gündəm 18:02 12 mar, 2022

 İ.Kivanın Rusiya prezidenti Vladimir Putini ad günü münasibətilə təbrik etmiş, onu “dost xalqımızın lideri” adlandırmışdı

Ukraynada Ali Radanın deputatı barəsində həbs qərarı çıxarılıb

Ukraynanın Lvov şəhərinin Liçakovski rayon məhkəməsi Ali Radanın deputatı İlya Kiva ilə bağlı qiyabi həbs qərarı çıxarıb.

Qazet.az xəbər verir ki, “Həyat naminə - müxalif platforma” («Оппозиционная платформа — за жизнь») partiyasının həmsədri olan İlya Kiva dövlətə xəyanət, ərazi bütövlüyünə qəsd, silahlarla qeyri-qanuni rəftar, müharibə təbliğatında ittiham olunur.

Qeyd edək ki, İ.Kivanın Rusiya prezidenti Vladimir Putini ad günü münasibətilə təbrik etmiş, onu “dost xalqımızın lideri” adlandırmışdı.

Hazırda deputatın ölkə xaricində olduğu bildirilir. 

mənbə