Bakı 25˚C Sunny

Ukraynada azərbaycanlı əsgər öldü

Gündəm 17:11 12 mar, 2022

Sabirabad rayonundan olan Eyyubov Elnur Asəf oğlu snayperdən baş nayihəsinə açılan atəş nəticəsində həlak olub

Ukraynada azərbaycanlı əsgər öldü

Ukraynada daha 1 azərbaycanlı həlak olub, digəri isə ağır yaralanıb.

Qazet.az xəbər verir ki, martın 11-də Donetsk vilayəti Volnovaxa istiqamətində gedən döyüşlərdə Ukrayna ordusunun əsgərləri, əslən Azərbaycanın Sabirabad rayonundan olan Eyyubov Elnur Asəf oğlu snayperdən baş nayihəsinə açılan atəş nəticəsində həlak olub, əslən Azərbaycanın Samux rayonundan olan Əliyev Raqif Vaqif oğlu isə ağır yaralanıb.

Onların hər ikisi Ukrayna vətəndaşlarıdır.

Həlak olan azərbaycanlı yaralı həmyerlisinin qucağında keçinib. Yaralı həmvətənlimiz hazırda Donetsk vilayətində Ukrayna hərbi hospitallarının birindədir.

mənbə