Bakı -2˚C Rain

Ukraynada diplomat pilləkəndən yıxılıb öldü

Gündəm 22:58 17 okt, 2021

“Ehtimal edilir ki, o həyətdəki pilləkəndən yıxılıb"

Ukraynada diplomat pilləkəndən yıxılıb öldü

Ukraynalı 60 yaşlı diplomat (adı açıqlanmır) Kiyevdəki bağ evində ölü tapılıb.

Qazet.az xəbər verir ki, ötən gün meyit aşkarlandıqdan sonra ilk olaraq qətl ehtimalı araşdırılıb. Ancaq az sonra polis diplomatın bədbəxt hadisə nəticəsində öldüyünü bildirib. Ehtimala görə, diplomat pilləkəndən yıxılıb.

“Ehtimal edilir ki, o həyətdəki pilləkəndən yıxılıb. Daha sonra qalxıb, ikinci mərtəbədəki otağına gedib və aldığı xəsarətlərdən orada ölüb”, - Kiyev polisindən verilən açıqlamada qeyd edilib.