Ukraynada meymunçiçəyi virusuna ilk yoluxma qeydə alınıb
Xəbərlər
23:59 15 sen, 2022
Ukraynada meymunçiçəyi virusuna ilk yoluxma qeydə alınıb.
Bu barədə qazet.az Ukrayna Səhiyyə Nazirliyinə istinadən xəbər verir.
Qeyd olunub ki, hazırda xəstə stasionar müalicə üçün tibb müəssisəsinə yerləşdirilib, vəziyyəti ağır deyil.
Vurğulanıb ki, pasiyentin meymunçiçəyi xəstələri ilə əlaqəsi olmayıb və xaricə səfər etməyib.