Ukraynada milli müdafiə planı təsdiqlənib
Gündəm
09:00 16 okt, 2021
Plan üzərində iki il müddətində iş aparılıb
Ukraynanın Milli Təhlükəsizlik Şurası ölkənin müdafiə planını təsdiq edib.
Qazet.az xəbər verir ki, bu barədə qurumun katibi Aleksey Danilov məlumat verib.
O bildirib ki, plan üzərində iki il müddətində iş aparılıb.
Danilovun sözlərinə görə, milli müdafiə planı bütün müasir çağırışlara cavab verir. Burada fövqəladə vəziyətlərdə hansı qurumların necə işləməsi öz əksini tapır.
Qeyd edək ki, müstəqil Ukrayna tarixində ilk dəfədir ki, analoji plan qəbul edilir.