Bakı 16˚C Partly sunny w/ showers

Ukraynada olan Azərbaycan atleti Avropa Kubokuna gedə bilməyib

İdman 12:45 12 mar, 2022

Sultanzadə Skidanın məşqçisi ilə birlikdə paytaxt Kiyevdə zirzəmidə qaldığını söyləyib

Ukraynada olan Azərbaycan atleti Avropa Kubokuna gedə bilməyib

Azərbaycan millisinin Ukrayna əsilli atleti Anna Skidan bu gün Portuqaliyanın Leyriya şəhərində start götürən atmalar üzrə Avropa Kubokuna gedə bilməyib.

Bu barədə mediaya Azərbaycan Atletika Federasiyasının vitse-prezidenti Məhərrəm Sultanzadə məlumat verib.

Federasiya rəsmisi çəkicatma növündə çıxış edən 30 yaşlı idmançının Ukraynadakı vəziyyətlə əlaqədar yarışı buraxdığını bildirib: "Onun Avropa Kubokunda iştirakı planlaşdırılırdı. Hətta bileti də alınmışdı".

Sultanzadə Skidanın məşqçisi ilə birlikdə paytaxt Kiyevdə zirzəmidə qaldığını və hazırda durumlarının normal olduğunu söyləyib.

Qeyd edək ki, Anna Skidan Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının qalibi olub. 30 yaşlı idmançı Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəni təsnifat mərhələsində dayandırıb.