Bakı 16˚C Sunny

Ukraynada öldürülən muzdluların sayı - Şoyqu açıqladı

Siyasət 13:26 02 sen, 2022
Ukraynada öldürülən muzdluların sayı - Şoyqu açıqladı

Rusiya qoşunlarının Ukraynada müharibə başlayandan bu günə kimi 3 minə yaxın xarici muzdlunu məhv etdiyi açıqlanıb.

Qazet.az xəbər verir ki, bu barədə Rusiya müdafiə naziri Sergey Şoyqu bildirib.

“Rusiya qoşunları Ukraynada xüsusi əməliyyat başlayandan bəri təxminən üç min əcnəbi muzdlunu məhv edib”, deyə Rusiya MN başçısı vurğulayıb.

Şoyqunun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin yüksək itkiləri səbəbindən xarici muzdluların axını azalır: ”Xüsusi əməliyyat başlayandan onların sayı 3,5 dəfədən çox azalıb”.

Qaynaq