Bakı 3˚C Windy

Ukraynada Rusiya holdinqlərinin 154 milyon dollarlıq aktivlərinə həbs QOYULDU

Gündəm 23:14 01 iyl, 2022

Həbs edilən aktivlər arasında torpaq sahələri də daxil olmaqla 70 daşınmaz əmlak obyekti var.

Ukraynada Rusiya holdinqlərinin 154 milyon dollarlıq aktivlərinə həbs QOYULDU

Ukraynada Rusiya holdinqlərinin ümumi məbləği 4,5 milyard qrivnadan (indiki məzənnə ilə 154 milyon dollar) çox olan aktivlərinə həbs qoyulub.

"Qazet.az"  xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.

Bildirilib ki, firmalar Rusiyanın "Rostec", "Tatneft", "Rusal" və "HMS Group" holdinq şirkətlərinə məxsusdur.

Həbs edilən aktivlər arasında torpaq sahələri də daxil olmaqla 70 daşınmaz əmlak obyekti var.