Bakı 17˚C Mostly sunny

Ukraynadakı müharibədə 39 jurnalist həyatını itirib

Xəbərlər 04:15 17 sen, 2022
Ukraynadakı müharibədə 39 jurnalist həyatını itirib

Ukraynada Rusiya ilə genişmiqyaslı müharibə başlayandan bəri ölən jurnalistlərin sayı açıqlanıb.

Qazet.az xəbər verir ki, bu barədə mədəniyyət və informasiya naziri Aleksandr Tkaçenko məlumat verib.

O bildirib ki, indiyədək Ukraynada 39 media işçisi həlak olub: "Bu gün jurnalist olmaq həqiqəti bütün dünyaya çatdırmaq üçün canını verməyə hazır olmaqdır. Bütün ölkəmiz kimi mən də onlara sonsuz minnətdaram".