Bakı 16˚C Sunny

Ukraynadan Avropaya təklif - Beynəlxalq qaz fondu yaradılsın

Biznes 18:35 18 noy, 2021

Bu barədə Ukrayna Energetika Nazirliyi məlumat paylaşıb

Ukraynadan Avropaya təklif - <span style="color:red">Beynəlxalq qaz fondu yaradılsın</span>

Ukrayna avropalı tərəfdaşlarına öz qaz anbarları bazasında ümumi beynəlxalq qaz fondunun yaradılmasını təklif edib.

Qazet.az xəbər verir ki, bu barədə Ukrayna Energetika Nazirliyi məlumat paylaşıb.

Ölkənin energetika naziri German Qaluşenko Avropa Siyasi Mərkəzinin (EPC) "Talks Geopolitics" adlı müzakirələri zamanı deyib.

Məlumata görə, Ukrayna bu təklifi Regional Enerji Təhlükəsizliyi Tərəfdaşlığı (RESP) konsepsiyası çərçivəsində edib. Bu konsepsiya qısamüddətli perspektivdə Ukrayna marşrutu üzrə cari qış mövsümü Baumqarten (Avstriyada qaz-nəqliyyat mərkəzi) ərazisinə əlavə qaz axınının təmin edilməsini nəzərdə tutur. Konsepsiyanın ortamüddətli komponentinə əsasən, Beynəlxalq Qaz Fondunun yaradılmalıdır, yəni Ukraynanın qaz anbarlarında saxlanılacaq qaz ehtiyatı formalaşdırılmalıdır, hansılarına ki, Fondun iştirakçıları böhran vəziyyətlərində çıxış əldə edəcəklər. Uzunmüddətli perspektivdə konsepsiya çərçivəsində əlavə mənbələrdən qazın Baumqarten ərazisinə çatdırılması (xüsusən də ehtiyat qaz anbarları üçün) kommersiya baxımından cəlbedici şərtlər hazırlanacaq.

"Biz artıq Avropaya əlavə qaz axınının təmin edilməsi barədə təklif göndərmişik. Bundan əlavə, biz qaz-nəqliyyat sistemi operatorumuzun tariflərində endirim etməyə hazırıq. Əminik, bu, Avropa anbarlarında enerji böhranını və qaz çatışmazlığını aradan qaldırmaq üçün ən təsirli üsullardan biridir. Bununla belə, söhbət maliyyədən deyil, qaz təchizatının təhlükəsizliyindən və Ukraynanın bunu təmin etməyə hazırlığından gedir", - G. Qaluşenko vurğulayıb.

Mənbə