Bakı 17˚C Mostly sunny

Ukraynalı deputatdan Zelenskiyə ədəbsiz hərəkət - VİDEO

Maraqlı 18:41 05 noy, 2021

Millət vəkili Geo Leros Zelenskiyə orta barmaq göstərdi

Ukraynalı deputatdan Zelenskiyə ədəbsiz hərəkət - <span style="color:red">VİDEO</span>

Ukrayna parlamentində gərgin anlar yaşanıb.

Qazet.az xəbər verir ki, kürsüyə çıxan millət vəkili Geo Leros iclasda iştirak edən ölkə prezidenti Vladimir Zelenskini ölkənin bir nömrəli xaini adlandırıb.

Mikrafonu söndürülən deputat üzünü dövlət başçısına tutaraq ona orta barmağını göstərib.

Qeyd edək ki, artıq Zelenskinin “Xalqın xidmətçiləri” fraksiyası Lerosdan parlamentin intizam komissiyasına şikayət edib.