Bakı -3˚C Rain

Ukraynalı hərbçilər Britaniyada təlimlərə başladı

Gündəm 16:15 05 okt, 2022
Ukraynalı hərbçilər Britaniyada təlimlərə başladı

Ukraynalı çavuşlar Böyük Britaniya və Şimali İrlandiyada peşəkar təlim kurslarına başlayıblar.

Qazet.az xəbər verir ki, bu barədə Ukrayna Ordusunun Baş Qərargahının mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, ukraynalı və britaniyalı təlimatçılar çavuşlara Qərb silah və hərbi texnikalarından istifadə metodlarını öyrədirlər.

Hərbçilərə odlu silah və texniki-taktiki hazırlıqla yanaşı, liderlik və psixoloji hazırlıq üzrə də təlimlər keçirilir.