Ukraynalı səfir Almaniyanı tərk etdi
Gündəm
12:05 14 okt, 2022
Ukraynanın Berlindəki səfiri Andriy Melnikin Almaniyadakı səlahiyyət müddəti başa çatıb.
Qazet.az xəbər verir ki, bu barədə eks-səfir özü artıq Kiyevə getməsi barədə məlumat verib.
"Mən evə başımı dik, təmiz vicdanla və Ukrayna qarşısında borcumu yerinə yetirdiyimi hiss edərək qayıdıram", - diplomat yazıb.
Onun varisi, Ukrayna prezidenti Volodimir Zelenskinin fərmanı ilə Melnikin yerinə təyin edilən Aleksiy Makeyev oktyabrın 15-dən Almaniyada səfir vəzifəsinə başlayacaq.