Ukraynanın bu ərazisi ələ keçirildi - Kadırov AÇIQLADI
Xəbərlər
18:17 21 avq, 2022

“Rusiya ordusu Donetsk yaxınlığındakı Peski qəsəbəsini ukraynalı hərbçilərdən təmizləyib”.
Qazet.az xəbər verir ki, bunu Çeçenistan rəhbəri Ramzan Kadırov Teleqram kanalında bildirib.
“Ukraynalı işğalçıların yerləşdiyi Donetsk yaxınlığındakı qəsəbə Bandera birləşmələrindən təmizləndi, indi müttəfiq qüvvələr tərəfindən nəzarət ələ alınıb. Ukrayna Silahlı Qüvvələri sursatlarını qoyaraq tələsik geri çəkildi”, - deyə o qeyd edib.
Kadırov qeyd edib ki, kənd sakinləri yalnız minalardan təmizləndikdən sonra küçələrdə təhlükəsiz hərəkət edə və dinc həyatı bərpa edə biləcək. Çeçenistan rəhbəri qeyd edib ki, müttəfiq qüvvələrin hərbi qulluqçuları bununla da rəqibi daha bir neçə kilometr geri çəkib.