Bakı 6˚C Cloudy

Ukraynanın iki vilayətində partlayış

Gündəm 11:17 17 noy, 2022
Ukraynanın iki vilayətində partlayış

Ukraynanın bütün ərazisində genişmiqyaslı hava hücumu təhlükəsi elan edilib.

Qazet.az Ukrayna mediasına istinadən xəbər verir ki, “Cənub” operativ komandanlığının sözçüsü Nataliya Qumenyuk Odessada partlayışların baş verdiyini bildirib. 

“Həyəcan siqnalı davam edir, Odessaya raket zərbəsi endirilir. Hadisənin nəticələri araşdırılır”, - deyə Qumenyuk söyləyib. 

Bununla yanaşı, Dnepropetrovsk vilayətində də partlayışlar baş verib. 

Xatırladaq ki, Rusiya noyabrın 10-dan başlayaraq Ukraynanın infrastruktur obyektlərinə kütləvi zərbələr endirməyə başlayıb.