Reuters: Ukraynanın İspaniyadakı səfirliyində partlayış olub
Hadisə
18:13 30 noy, 2022
Ukraynanın Madriddəki səfirliyində partlayış baş verib. İspaniya mətbuatının məlumatına görə, səfirliyin əməkdaşı yüngül xəsarət alıb.
Qazet.az xəbər verir ki, içərisində kiçik partlayıcı qurğu olan zərf açılıb. Polis və istehkamçılar hadisə yerindədir, zərərçəkən xəstəxanaya yerləşdirilib.
Reuters-in Madrid polisinə istinadən verdiyi məlumata görə, Ukrayna səfirliyinə daxil olan poçt göndərişlərindən birində kiçik partlayıcı qurğu olub. Baş verənlərin digər təfərrüatları hələlik məlum deyil.
Agentlik hələ ki, Ukrayna səfirliyi ilə əlaqə saxlaya bilməyib.