Bakı 4˚C Mostly cloudy

Ukrayna Təhlükəsizlik Xidməti Kadırovu axtarışa verib

Gündəm 22:54 16 noy, 2022
Ukrayna Təhlükəsizlik Xidməti Kadırovu axtarışa verib

Ukraynanın Təhlükəsizlik Xidməti Çeçenistan rəhbəri Ramzan Kadırovu axtarışa verilib.

Qazet.az xəbər verir ki, o, Ukrayna Cinayət Məcəlləsinin 110-cu maddəsinin 3-cü hissəsini (ərazi bütövlüyünə və toxunulmazlığına qəsd) və 437-ci maddəsinin 2-ci hissəsini (aqressiv müharibə və ya təcavüzkar hərbi hərəkətlər aparmaq) pozmaqda ittiham olunur.

Bundan əvvəl SBU Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova və Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevi axtarışa vermişdi. Sonuncu Ukraynanın ərazi bütövlüyünə və toxunulmazlığına qəsd etməkdə ittiham olunur.

SBU həmçinin "xüsusi əməliyyat zonası"ndakı Rusiya qüvvələrinin bir qrupunun komandiri general Sergey Surovikini axtarışda olanlar siyahısına əlavə edib.