Ukraynaya 30 döyüş maşını verdi
Gündəm
15:53 29 noy, 2022
Slovakiya Almaniya ilə gəldiyi razılığa əsasən, 30 ədəd BMP-1 piyadaların döyüş maşınını (PDM) Ukraynaya göndərib.
Qazet.az xəbər verir ki, bu barədə Slovakiyanın müdafiə naziri Yaroslav Nad “Twitter“də yazıb.
Onun sözlərinə görə, razılaşmanın şərtlərinə əsasən, bunun əvəzində Almaniya Slovakiyaya 15 ədəd “Leopard 2A4” tankı, ehtiyat hissələri və sursat göndərəcək.