Bakı 6˚C Dreary

Ukraynaya 30 "Javelin", 180 raket göndərilib - Polkovnik

Gündəm 01:00 12 dek, 2021

ABŞ 2021-ci ildə  Ukraynaya 450 milyon dollardan çox yardım edib

Ukraynaya 30 "Javelin", 180 raket göndərilib <span style="color:red">- Polkovnik</span>

ABŞ oktyabr ayında hərbi yardım paketi çərçivəsində Ukraynaya 30 ədəd "Javelin" tank əleyhinə raket kompleksi və bunlara aid 180 raket tədarük edib.

Qazet.az xəbər verir ki, bunu Pentaqonun rəsmi nümayəndəsi, polkovnik Anton Semelrot deyib.

Polkovnik həmçinin bildirib ki, ABŞ 2021-ci ildə Ukraynanın suverenliyini və ərazi bütövlüyünü müdafiə etmək qabiliyyətini dəstəkləmək üçün götürdüyü öhdəliklərin bir hissəsi olaraq Ukraynaya təhlükəsizlik sahəsində 450 milyon dollardan çox yardım edib.