Ukraynaya işləyən rusiyalı polis saxlanıldı
Gündəm
13:56 14 okt, 2022
Belqorod vilayətində bir polis əməkdaşı Rusiya Daxili İşlər Nazirliyinin məlumat bazasından məlumatları Ukrayna kəşfiyyatının agentinə ötürməkdə şübhəli bilinir.
Qazet.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
Bildirilir ki, adı açıqlanmayan polis Ukrayna kəşfiyyatı üçün işləyirmiş.
Onun barəsində “Ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə” maddələri ilə cinayət işi açılıb.