Ukraynaya raket hücumu nəticəsində ölü və yaralıların ŞOK SAYI
usiyanın oktyabrın 10-da Ukraynanın paytaxtı Kiyev şəhərini və bir neçə vilayəti raket atəşinə tutması nəticəsində ölənlərin sayı 19 nəfərə, yaralıların sayı isə 105-ə çatıb.
Qazet.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətindən bildirilib.
Məlumata görə, Rusiya raketləri Ukrayna paytaxtı Kiyevlə yanaşı, ölkənin 12 vilayətində mühüm obyektlərə və mülki infrastruktura düşüb. Nəticədə 30-dan artıq yanğın baş verib. Kiyev, Lvov, Sumı, Ternopil və Xmelnitski vilayətlərində 301 yaşayış məntəqəsində elektrik enerjisi kəsilib.
Qeyd edək ki, oktyabrın 10-da Rusiyanın Ukrayna paytaxtı Kiyev şəhəri və başqa vilayətlərə raket hücumu nəticəsində 70-ə yaxın obyektə ziyan dəyidiyi bildirilmişdi. Hücum 29 strateji infrastruktur obyekti, 4 çoxmərtəbəli bina, 35 fərdi yaşayış evi və 1 məktəb zərər görüb.