Bakı 3˚C Mostly cloudy

Ukraynaya raket hücumu: Ölənlər var - YENİLƏNİB

Hadisə 18:47 23 noy, 2022
Ukraynaya raket hücumu: Ölənlər var - YENİLƏNİB

Bu gün Rusiya ordusunun Ukraynanın Kiyev vilayətinə raket zərbələri endirməsi nəticəsində 3 nəfər ölüb, 6 nəfər yaralanıb. 

Qazet.az xəbər verir ki, bu barədə Kiyev vilayətinin hərbi administrasiyası məlumat yayıb. 

Bildirilib ki, raketlərdən biri çoxmərtəbəli yaşayış binasına, digəri infrastruktur obyektinə düşüb.

Qeyd edək ki, Rusiya ordusu yenidən Ukrayna ərazisinə genişmiqyaslı raket hücumu həyata keçirib. Bu səbəbdən ölkənin bir sıra bölgələrində elektrik enerjisi və su təminatı kəsilib.

***

Rusiya Silahlı Qüvvələrinin aviasiyası bu gün yenidən Ukraynaya çoxlu raketlər atıb. Ukraynanın hava hücumundan müdafiə sistemi eyni anda bir neçə sahədə işləməyə məcbur olub.

Qazet.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, Nikolayev Vilayət Dövlət Administrasiyasının rəhbəri Vitali Kimin sözlərinə görə, Rusiya Federasiyası ən azı 9 Tu-95 bombardmançı təyyarəsini səmaya qaldırıb. Rusiya təyyarələri Mariupol yaxınlığında ən azı 5 raket atıb.

Vitali Kim Rusiya aviasiyasının cənubdan və şərqdən hücum etdiyini bildirib.

Kimin sözlərinə görə, cənub bölgəsi raket zərbələri təhlükəsi ilə üzləşib. Raketlər Odessaya düşüb.


Dnepropetrovsk Vilayəti Dövlət Administrasiyasının rəhbəri Nikolay Lukaşuk regionda raket hücumu təhlükəsinin olduğunu bildirib. Hava hücumundan müdafiə tədbirləri görülüb.


Kiyevdə də partlayış səsləri eşidilib. Şəhərin səmasında qalın qara tüstü görünüb. Məlumata görə, raket infrastruktur obyektinə düşüb.


Kiyev Regional Dövlət Administrasiyasının rəhbəri Oleksiy Kuleba da bölgədə raket zərbələri təhlükəsi barədə xəbərdarlıq edib.

“Ərazidə raket atəşi təhlükəsi var. Sığınacaqlarda və təhlükəsiz yerlərdə qalın”, - Kuleba əhaliyə xəbərdarlığında bildirib.


Lvov meri şəhərin elektrik enerjisindən tamamilə məhrum olduğunu deyib.
Prezident Aparatının rəhbəri Andriy Yermak qeyd edib ki, Rusiya Avropa Parlamenti onu terrorizmin himayədarı kimi tanıdıqdan dərhal sonra Ukraynanı raket atəşinə tutub.