Ulduz futbolçu MLS-dən imtina edib
Gündəm
17:44 02 noy, 2021
Çili millisinin üzvü MLS-də oynamağa razılıq verməyib
“İnter”in hücumçusu Aleksis Sançesin karyerasını ABŞ-da davam etdirmək variantı yaranıb.
Qazet.az-ın məlumatına görə, Çili millisinin üzvü MLS-də oynamağa razılıq verməyib.
Yerli klublardan biri 32 yaşlı forvarda 2023-cü ilin dekabrına qədər nəzərdə tutulan müqavilə təklif edib. Milan təmsilçisi onun qış “transfer pəncərəsi”ndə gedişinə çalışsa da, futbolçu özü bundan imtina edib. Sançes karyerasını Avropada davam etdirmək fikrindədir.
Qeyd edək ki, “İnter”lə müqavilə müddəti 2023-cü ilin yayına qədər olan Aleksis Sançes cari mövsüm 6 oyunda 2 məhsuldar ötürmə verib.