Bakı 28˚C Sunny

Ülvi Mehdiyev Estoniya şirkətlərinin nümayəndələri ilə görüşüb

Siyasət 16:25 15 noy, 2022
Ülvi Mehdiyev Estoniya şirkətlərinin nümayəndələri ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Kibergigiyena üzrə birinci beynəlxalq konfrans çərçivəsində Estoniya şirkətlərinin nümayəndələri ilə görüşüb.

Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Qazet.az-a bildirilib ki, görüşdə kibegigiyena.az layihəsi üzrə görülən işlər, cari vəziyyət, layihədə iştirak edən və əməkdaşlarını xüsusi testlərdən keçirən qurumlar və əldə olunmuş nəticələr, həmçinin perspektivlərdən danışılıb.

Rəqəmsal dövlət xidmətlərinin vətəndaşlar tərəfindən istifadəsi zamanı kibertəhlükəsizlik qaydalarına riayət olunmasının vacibliyi bildirilib. Layihənin növbəti mərhələsində vətəndaşların da bu testlərdən keçməsi üçün imkanların yaradılması məsələləri müzakirə olunub.