Ülvi Qılınc Xalq artistlərini BİABIR ETDİ: "Çoxu 3-cü mikrorayonun “kruq”undandan gəlib"
Hamı məşhurluqdan, mahnılarının trend olmasından danışır.
“O xalq artistlərinin çoxu haradan gəldiklərini unudublar. Çoxu 3-cü mikrorayonun “kruq”undandan, oradakı kafelərdən gəliblər”.
Qazet.az xəbər verir ki, bunu tanınmış müğənni Ülvi Qılınc Yenicag.az-a açıqlamasında deyib.
Hər zaman sərt və qalmaqallı açıqlamaları ilə şou-biznes gündəmini bir-birinə vuran müğənni bu dəfə də həmkarlarını hədəf seçib.
O, sənəti olmayan, lakin gündəm naminə məşhur olan sənətçiləri yıxıb-sürüyüb: “İnsanların ağlını “kaşa” ediblər, pislə yaxşı bilinmir. Amma sənəti olanlar göz qabağındadır. Getdiyim yerlərdə mənə hörmətlə yanaşırlar, bunu dana bilmərəm. Amma bu gün baxırsan, hamı məşhurluqdan, mahnılarının trend olmasından danışır. Amma məşhurluğa qalanda, unitazdan məşhuru yoxdur. Hamı da ora gedir. Bəzilərinin məşhurluğu unitazdan aşağıdır, amma özlərini unitaz sayırlar. Təəssüflər olsun ki, onlar unitazın daşıdığı anlamı başa düşmürlər. İndi bunu oxuyanlar məni qınayacaqlar, deyəcəklər ki, Ülvi paxıllıq edir. Qətiyyən, heç də belə deyil. Mən paxıl insan deyiləm, çünki paxıllıq insanın cılızlığından və acizliyindən xəbər verir. Mən də cılız insan deyiləm, məni tanıyanlar da bunu gözəl bilir. Çox təəssüf ki, xalq artistlərinin də çoxu, demək olar ki, o unitaz kimidir. Haradan gəldiklərini unudublar. Çoxu 3-cü mikrorayonun “kruq”undandan, oradakı kafelərdən gəliblər. Bunu heç vaxt unutmasınlar”.