Bakı 25˚C Windy

Ümrə ziyarətinin tarixi AÇIQLANDI

Gündəm 13:45 14 dek, 2021

2022-ci ilin yanvar ayı ərzində Azərbaycandan daha bir qrup zəvvar ümrəyə yollanacaq

Ümrə ziyarətinin tarixi<span style="color:red"> AÇIQLANDI</span>

Azərbaycandan olan bir qrup zəvvarın ümrə ziyarətinə (kiçik Həcc) qeydiyyatı başlayıb.

Qazet.az xəbər verir ki, bunu Report-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin aparıcı mütəxəssisi Bəxtiyar Nəcəfov deyib.

Onun sözlərinə görə, 2022-ci ilin yanvar ayı ərzində Azərbaycandan daha bir qrup zəvvar ümrəyə yollanacaq: "Yanvarın 6-13-ni əhatə edəcək səfər üçün sənədlərin toplanılmasına başlanılıb. Bir qrupda təxminən 25 nəfərin olmasına üstünlük verilir. Səudiyyə Ərəbistanının tələbinə əsasən, ziyarətçilər mütləq koronavirus əleyhinə üç doza vaksin (iki doza "Sinovac", 1 doza "Pfizer") vurdurmalıdırlar. Yalnız üç doza vaksin sertifikatı olan şəxslər səfərdə iştirak edə bilərlər".

B.Nəcəfov bildirib ki, indiyədək üçə yaxın belə ziyarət həyata keçirilib: "Hər həftənin cümə axşamları AZAL-ın təşkil etdiyi reyslərlə uçuşlar icra olunur. Ümrə ziyarəti üçün tələb edilən vəsaitin məbləğinə gəlincə, bu rəqəm 1100-1500 dollar civarında dəyişir".

Qeyd edək ki, ümrə ziyarəti üçgünlük Mədinə və beşgünlük Məkkə səfərləri ilə yekunlaşır. Ümumilikdə, ziyarət 9 gün çəkir. QMİ ziyarətə Azərbaycan vətəndaşları və Azərbaycanda yaşamaq icazəsi olan əcnəbiləri göndərir.