Universitetinin yeni rektoru qadınların oxumasını qadağan etdi
Gündəm
13:10 29 sen, 2021
Bu qərarı İslam qanunlarına əsaslanaraq verdiyini deyib

Əfqanıstanda "Taliban" tərəfindən təyin olunan Kabil Universitetinin yeni rektoru Məhəmməd Əşrəf Hаyrat qadınların universitetdə oxumasını və müəllimlik etməsini qadağan edib.
Qazet.az xəbər verir ki, o bu qərarı İslam qanunlarına əsaslanaraq verdiyini deyib.
"Hər kəs üçün əsl İslam mühiti yaradılana qədər qadınların universitetlərə girməsinə və işləməsinə icazə verilməyəcək. İslam hər şeydən üstündür", - deyə o bildirib.