Bakı 22˚C Sunny

Universitetlərdə imtahanlar ənənəvi qaydada təşkil ediləcək

Gündəm 16:36 15 dek, 2021

İmtahanlar zamanı tələbələrə hər hansı bir güzəştin olması nəzərdə tutulmayıb

Universitetlərdə imtahanlar ənənəvi qaydada təşkil ediləcək

Uzun müddətdən sonra tələbələr artıq onlayn yox, ənənəvi qaydada imtahan verəcəklər.

Qazet.az Xəzər TV-yə istinadən xəbər verir ki, təhsil naziri Emin Əmrullayev bununla bağlı əmr imzalayıb.

Mövzu ilə bağlı danışan Təhsil naziriliyinin şöbə müdiri Nicat Məmmədli deyib ki, imtahanlar zamanı tələbələrə hər hansı bir güzəştin olması nəzərdə tutulmayıb.

Şöbə müdiri əlavə edib ki, imtahana gələn tələbənin səhhətində neqativ hal müşahidə edilərsə, onun imtahanı hansı formada verəcəyinə universitet rəhbərliyi qərar verəcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: