Bakı 32˚C Sunny

Ünvanlı sosial yardımın məbləği artdı

Biznes 14:33 05 fev, 2022

Bu da cari ildə ünvanlı dövlət sosial yardımının məbləğində də növbəti artıma imkan verəcək

Ünvanlı sosial yardımın məbləği artdı

Bu ilin yanvar ayında bir ailəyə ödənilən ünvanlı dövlət sosial yardımının orta aylıq məbləği ötən ilin müvafiq dövrünə nisbətən 17 faiz artaraq 282 manata çatıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Qazet.az-a verilən məlumata görə, ünvanlı dövlət sosial yardımının təyin edilməsi üçün ehtiyac meyarının həddi yeni qanunla 17,6 faiz və ya 30 manat artırılaraq 2022-ci il üçün 200 manat məbləğində müəyyən edilib.

Bu da cari ildə ünvanlı dövlət sosial yardımının məbləğində də növbəti artıma imkan verəcək.