Uqandanın mərkəzində Ebola alovlanması baş verib
Ebolanın Uqandanın mərkəzi hissəsində episentrindən kənara yayılması narahatlıq doğurur və onun qarşısını almaq üçün birgə səy tələb olunur.
Qazet.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Qebreyesus tviterdə yazıb.
“Şəhər ərazilərində Ebola ilə mübarizə çətin ola bilər və virusun ötürülməsini dayandırmaq üçün koordinasiyalı və davamlı səy tələb edir”, - o qeyd edib.
Uqanda Səhiyyə Nazirliyinin məlumatına görə, Ebola ilk halın sentyabrın 20-də qeydə alındığı Mubende rayonundan iki həftə ərzində dörd qonşu rayona yayılıb.
Qebreyesus əlavə edib ki, Uqanda ÜST və tərəfdaşlarının dəstəyi ilə təmasların izlənməsini genişləndirməklə, erkən yardım göstərməklə və ictimai diqqətin cəlb etməklə cavab tədbirlərini artırmağa davam edir:
“Biz Uqandada Ebola ilə mübarizənin bütün aspektlərini gücləndirmək üçün daha çox mütəxəssis göndərməyə hazırıq”.