Bakı 9˚C Mostly cloudy

Ürəyin fəaliyyətini asanlaşdıran qidalar

Cəmiyyət 04:15 13 dek, 2021

Qoz, fındıq, badam, yerfıstığı kimi yağlı bitkilərin tərkibində natrium yoxdur. Bununla yanaşı vitamin və minerallarla zəngindir.

Ürəyin fəaliyyətini asanlaşdıran qidalar

İş stressi, dostlarla və ailə münasibətləri ürəyə də təsirsiz ötüşmür. Bu siyahıya günlük qəbul etdiyiniz qidaları əlavə edərək onun işini daha da çətinləşdirməməyə diqqət göstərmək lazımdır.

Qazet.az xəbər verir ki, duz hamının lazım olduğundan daha çox istehlak etdiyi qidadır. Duzun vacib komponentlərindən olan natrium qidaların hüceyrə divarından keçməsinə, sinir-əzələ funksiyalarının yerinə yetirilməsinə və bədənin ehtiyac duyduğu nisbətdə su tutulmasına kömək edir. Bununla birlikdə, natriumun həddindən artıq olması qan damarlarında su həcmini artırır və təzyiqi yüksəldir. Nəticədə infarkt, ürək çatışmazlığı, iflic, hətta böyrək xəstəliyi kimi ciddi problemlərlə qarşılaşa bilərsiniz.

Ürəyin funksiyasını yerinə yetirməkdə yardımçı olan qidaların başında tərəvəz və meyvələr gəlir. Balqabaq, badımcan, xiyar və sarımsaq kimi qidalarda natrium yoxdur. Bundan əlavə, yüksək kalium ehtiva edən ispanaq, cəfəri, şüyüd və brokoli kimi yaşıl tərəvəzlər də aşağı natriumlu ərzaqlar arasında doğru seçimdir. Alma, çiyələk, portağal, naringi, greyfurt, ərik və banan, demək olar ki, bütün meyvələrdə natrium azdır. Bitki mənşəli zülal və liflə zəngin olan qurudulmuş noxud, yaşıl mərcimək, yulaf, çovdar, qəhvəyi düyü, bulqur kimi dənli bitkilərdə də natrium azdır.

Günə təzə və ya qurudulmuş meyvə, qatıq və yulaf ezmesi ilə başlaya, yeməklərinizə darçın əlavə edə bilərsiniz. Yeməklərinizi duz olmadan istehlak etməkdə çətinlik çəkirsinizsə, kəklikotu, rozmarin, zərdəçal, zəncəfil, bibər, nanə kimi ədviyyatlar istifadə edə bilərsiniz.

Bağırsaq florasının güclənməsini dəstəkləyən qatıq, ayran ürəyin funksiyasını sağlam şəkildə yerinə yetirməsinə yardımçı olur. Qatığı müxtəlif meyvə və tərəvəzlərlə qarışıdrıb, üzərinə yuxarıda sadalanan ədviyyatlardan əlavə  edə bilərsiniz. Bu həm də piylənmənin qarşısını alacaq. Bu da ürəyin daha yaxşı işləməsinə gətirib çıxaracaq.

Qoz, fındıq, badam, yerfıstığı kimi yağlı bitkilərin tərkibində natrium yoxdur. Bununla yanaşı vitamin və minerallarla zəngindir. Yağ miqdarı yüksək olduğu üçün gündəlik kalori ehtiyacınıza uyğun olaraq istehlak etmək daha faydalıdır. Yağlı toxum istifadə edərkən diqqət etməli olduğunuz ən vacib məqam qovrulmuş və duzlu toxumlardan uzaq durmaqdır. Çiy və hər hansı bişmə mərhələsindən keçməmiş şəkildə istehlak etməyə çalışın.