Bakı 5˚C Showers

Ürəyin sevgi və emosiyalarla əlaqəsi yoxmuş: 350 qram çəki, sutkada 100 min yığılma

Maraqlı 07:01 05 okt, 2022
Ürəyin sevgi və emosiyalarla əlaqəsi yoxmuş: 350 qram çəki, sutkada 100 min yığılma

"Ürək yumruq boydadır, döş qəfəsinin ortasında yerləşir, zirvəsi sola düşür..."

"Ürək sutkada 100 min, ayda 3 milyon, 75 illik ömür müddətində 2, 5 milyard dəfə vurur..."

 

"Orqanizmin damarlarının ümumi uzunluğu 100 min km-dir, bu, Yer ətrafında 2, 5 dövrəyə bərabərdir..."

 

"Siqaret çəkən insanlarda çəkməyənlərə nisbətən infarktdan ölüm ehtimalı 70 faiz yüksəkdir..."

 

Ürək haqqında maraqlı faktlar

 

Orqanizmin istirahətsiz işləyən yeganə əzələsi haqqında nə bilirik?

 

Ürək döş qəfəsinin dəqiq sol yarım hissəsində yerləşmir, sevgi və emosiyalarla heç bir əlaqəsi yoxdur. Lakin bu, orqanizmin istirahətsiz işləyən yeganə əzələsidir. 

 

Qazet.az xəbər verir ki, bu barədə "Ynet" nəşri yazıb, məqalə Ümumdünya ürək sağlamlığı gününə həsr edilib.

 

Uzun zaman ərzində ürəyin təyinatı barədə müxtəlif hipotezlər irəli sürülüb.

 

Yunan mifologiyasında onun vəzifəsi "emosiyalar nəzarətçisi" kimi müəyyən edilib.

 

Aristotel güman edib ki, o, ağciyər vasitəsilə hava vurur.

 

Qədim yunan həkimi və yazıçısı Qalen düzgün olaraq güman edib ki, ürək qanı vurur, amma hara vurduğunu bilməyib. 

 

Yalnız XVII əsrdə britaniyalı həkim Uilyam Harvey böyük və kiçik qan dövranımı kəşf edərək ürəyin həyatı təmin edən nasos olduğunu sübut edib. 

 

Bir qədər ürəyin anatomiyası haqqında

 

Ürək yumruq ölçüsündədir. Onun divarları 3 qatdan ibarətdir. Xarici qat perikard adlanır və birləşdirici toxumadan ibarətdir. O, ürək kisəciyindən - epikarddan  sürtkü rolunu oynayan maye ilə dolu dar məkanla ayrılıb. Perikard ürəyi döş qəfəsinin başqa orqanlarından ayırır, ürək qulaqcıqlarının qanla dolmasına kömək edir, ürəyin yerdəyişməsinə və fiziki yük zamanı genişlənməsinə imkan vermir.

 

Ürəyin funksionallığını təmin edən orqan - miokarddır. Daxildən ürək epitelial qatla-endokardla örtülür. Bu, qanın yumşaq axınını təmin edir və trombların əmələ gəlməsinin qarşısını alır. 

 

Ürək epikard adlanan ürək kicəsiyində yerləşir. O, saya və lif qatlarından ibarətdir. Onların arasındakı məkan 15 ml maye ilə doludur. Bu maye ürəyi qoruyan bir növ amortizatordur. Lifli qat diafraqma və döşh sümüyünə söykənir. Oradan iri damarlar keçir və ürəyi yerində saxlayır. 

 

Ürək 4 kameradan ibarətdir: 2 qulaqcıq və 2 mədəcik. Ürəyin sağ yarım hissəsi sol yarım hissəsindən çəpərlə ayrılır. Oksigenlə kasad olan venoz qan bütün orqanlardan yuxarı və aşağı boş venalar vasitəsilə sağ qulaqcığa tökülür, oradan sol mədəciyə daxil olur və onu ağciyər arteriyası vasitəsilə ağciyərlərə göndərir. Orada karbon qazını ifraz edir və oksigenlə zənginləşir.

 

Bu zaman qan al qırmızı rəng alır və arteriyal qan adlanır. Lakin sol mədəciyə o, ağciyər venası vasitəsilə daxil olur. Oradan qan sol mədəciyə ötürülür, sonra isə aortaya vurularaq onun şaxələri vasitəsilə orqanizmin bütün orqan və toxumalarına oksigen və qida maddələrini çatdırır. 

 

Ürək dəqiq harada yerləşir?

 

Geniş yayılmış fikrin əksinə olaraq, ürək solda deyil, döş qəfəsinin ortasında yerləşir. Onun yalnız zirvəsi sola düşür. Bəzi adamlarda dekstrakardiya müşahidə edilir. Bu zaman ürəyin zirvəsi sağ tərəfdə yerləşir. 

 

Sakit vəziyyətdə ürək dəqiqədə 60-80 dəfə vurur, idmançılarda bu rəqəm dəqiqədə 50 yığılma təşkil edir. Anoreksiyadan əziyyət çəkən qadınlarda nəbz daha aşağı olur. Yuxu zamanı dəqiqədə 30 vurma təşkil edir.

 

Körpələrdə normal nəbz dəqiqədə 130 dəfə vurur. Onlar ağlayanda isə 180-ə çatır.

 

Ürəyin çəkisi 350 qramdır. Orta ölçüsü iri portağal qədərdir. Bədən çəkinin hər 10 kq artması nəticəsində ürəyə düşən yük artır.

 

Ürək sutkada 100 min dəfə, 1 ayda 3 milyon dəfə, 75 illik ömür müddətində 2, 5 milyard dəfə yığılır.

 

Hər bir mədəciyin həcmi yarım stəkan qədərdir. Hər dəfə yığılanda 100 ml qan buraxır.

Gün ərzində ürək 8 ml  qan vurur. İnsanın ömür müddətində ürəyin vurduğu qan 1 milyon çəlləyi doldurmağa yetərlidir.

Ürəyin damarlara vurduğu qanın formalı elementləri bütün bədəni dolaşaraq 25 saniyə sonra geri qayıdır.

Orqanizmin damarlarının ümumi uzunluğu 100 min kmdir. Bu isə Yer ətrafında 2, 5 dövrəyə bərabərdir.

Arteriyal təzyiq o qədər yüksək olur ki, qanı 1, 5 metr hündürlüyə vura bilir. 

Ürək əzələsinin özünü qidalandıran tac damarlar trombla, yaxud arterosklerotik lövhə ilə tutulanda miokard infarktı baş verir. Bu zaman tac arteriyasının qapanan şaxəsindən qan alan miokard sahəsi nekroza uğrayır və əslində həmin sahənin qanqrenası baş verir. İnfarktın əksəriyyəti səhər saat 8-9 radələrində baş verir. 

Stetoskopla ürəyi dinləyəndə həkim 2 ton eşidir.

Birinci ton qulaqcıqları mədəciklərdən ayıran qapaqların bağlanması nəticəsində yaranır. İkincisi ton sol mədəciyi aortadan, sağ mədəciyi ağciyər arteriyasından ayıran qapaqların yığılması nəticəsində yaranır.

Siqaret çəkən insanlarda siqaret çəkməyənlərə nisbətən infarktan ölüm ehtimalı 70 faiz yüksəkdir. Siqareti imtina edəndən 3 il sonra heç vaxt siqaret çəkməyən adamın səviyyəsinə enir. 

Elektrokardioqraf (EKQ) ürəyin işi zamanı yaranan ürək impulslarını qeyd edir. Kardioqramı öyrənməklə həkim miakarda dəyən zərəri aşkar edib qiyməntləndirə bilir. Bu zaman təkcə müxtəlif növ aritmiyaları deyil, həmçinin infarkt, hipertoniya, hətta qapaqlarla bağlı problemləri də aşkar etmək mümkündür.