Bakı 11˚C Mostly cloudy

Ürəyini möhkəmləndirmək istəyən yeməklərə bu ədviyyatı əlavə etsin

Cəmiyyət 04:00 12 dek, 2022
Ürəyini möhkəmləndirmək istəyən yeməklərə bu ədviyyatı əlavə etsin

Sarıkökün qaraciyərə olan böyük faydası bir çox insanlara məlumdur.

Son elmi araşdırmalar göstərib ki, sarıkök həmçinin ürəyə də çox faydalıdır.

 

Nebraska Universiteti (ABŞ) alimləri aşkar ediblər ki, sarıkök ürək əzələsini möhkəmləndirir, ürək çatışmazlığı zamanı kömək edir.

Qazet.az xəbər verir ki, araşdırmanın nəticələri Journal of Applied Physiology jurnalında dərc olunub.

Sarıkökün tərkibində olan "kurkumin" adlı maddə əzələlərdə və xüsusilə də ürək əzələsində oksidləşmə prosesləri ilə mübarizə aparır və bununla da əzələləri və o cümlədən ürək əzələsini möhkəmləndirir, onların yükləmələrə olan davamlılığını artırır.

Araşdırmanın müəllifləri ürəyin sağlamlığını yaxşılaşdırmaq və insanın yükləmələrə olan davamlılığını artırmaq üçün sarıkökdən istifadə etməyi tövsiyə edirlər.

Sarıkök həmçinin iltihablar və onlarla bağlı xəstəliklərlə mübarizə edir, korluq və ağıl zəifliyindən müdafiə edir.