Urmiyada Universitetdə qızlar və oğlanlar birləşdi, hicablarını atdı - FOTO
Cəmiyyət
22:21 23 okt, 2022
İranda xalq etirazları davam edir. Urmiyada Universitet tələbələri birləşərək etirazlarını bildiriblər.
Qazet.az xəbər verir ki, Urmiya Universitetinin Humanitar Elmlər və Ədəbiyyat fakültəsinin öyrənciləri bu gün universitetin bufetində qızlarla oğlanlar bölməsini ayıran pərdəni parçalayıb atıb və birlikdə hicabsız formada nahar yeyiblər.