Bakı 12˚C Partly sunny

USAID-in Azərbaycan üzrə direktoru işinə başlayıb

Siyasət 10:10 08 sen, 2022
USAID-in Azərbaycan üzrə direktoru işinə başlayıb

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan üzrə missiyasının yeni direktoru Maykl Nirbass vəzifəsinin icrasına başlayıb.

Bu barədə Qazet.az-a USAID Azərbaycandan məlumat verilib.

Qeyd olunub ki, Nirbass Azərbaycanın prioritetlərini dəstəkləmək üçün USAID proqramlarına nəzarət edəcək.

Qeyd edək ki, M.Nirbass bundan əvvəl Pakistanda missiya direktorunun müavini vəzifəsində çalışıb. O, 2001-ci ildən USAID-də Xarici Xidmət əməkdaşı kimi işə başlayıb. Nirbass Əfqanıstan, Anqola, Gürcüstan, Qvatemala, İndoneziya, İraqda və USAID-in Vaşinqtondakı Afrika Bürosunda xidmət edib.

Xatırladaq ki, 1991-ci illərdən bəri USAID Azərbaycana 427 milyon ABŞ dollarından çox vəsait ayırıb.

USAID-in Azərbaycan üzrə direktoru işinə başlayıb