Bakı 3˚C Intermittent clouds

Uşaq bağçasına silahlı basqın: 31 ölü

Gündəm 12:30 06 okt, 2022
Uşaq bağçasına silahlı basqın: 31 ölü

Keçmiş polis məmurunun uşaq bağçasına silahlı basqın edib.

Qazet.az xəbər verir ki, Tailandda baş verən hadisədə silahlı şəxsin atəş açması nəticəsində azı 31 nəfər həlak olub.

Silahlı şəxs ölkənin şimal-şərqindəki Nonq Bua Lampu şəhərindəki hücumdan sonra hələ də azadlıqdadır.

Polis həlak olanlar arasında uşaqların və böyüklərin olduğunu bildirir.

Polisin bildirdiyinə görə, təcavüzkar atəş açmaqla yanaşı uşaqları və böyükləri bıçaqlayıb. Dərhal o, hadisə yerindən uzaqlaşıb.

Tailanddakı xəbərlərdə zabitin bu yaxınlarda işdən çıxarıldığı bildirilir.

Nonq Bua Lamphu əyalətinin polis zabiti ölənlər arasında 23 uşağın olduğunu bildirib.