Bakı 14˚C Sunny

"Uşaq ürək mərkəzi"nin təqdimat mərasimi keçirildi

Gündəm 16:17 08 dek, 2022
"Uşaq ürək mərkəzi"nin təqdimat mərasimi keçirildi

"Liv Bona Dea Hospitalı"nda "Uşaq ürək mərkəzi"nin təqdimat mərasimi keçirilib. 

Qazet.az xəbər verir ki, təqdimatda uşaq ürək cərrahı Uzman Dr. Şiraslan Baxşəliyev və uşaq kardioloqu Uzman Dr. Bəhruz Əliyev iştirak edib. 

Tədbirdə Hospitalın direktoru, xarici və yerli tibb mütəxəssisləri, media nümayəndələri qonaq olub. 

Hospitalın mətbuat zalında keçirilən tədbiri hospitalın direktoru Taner Özbək giriş nitqi ilə açıq elan edib. 

O, əvvəlcə tədbirə gələn qonaqları salamlayıb. Bu müddət ərzində görülən işlərdən danışan direktor hospitalın Bakıdakı fəaliyyəti haqqında məlumat verib. 

"Uşaq ürək mərkəzi"nin hospital üçün təqdim olunan yeni şöbəsindən danışan direktorun ardınca mərkəz haqqında uşaq kardioloqu Dr. Bəhruz Əliyev danışıb. 

Ürək qüsuru, ürək xəstəlikləri riskinin artdığı bir dövrdə doğulan illik 140 min nəfərdən 1120-sinin ürək qüsuru olur. 

Mütəxəssis ana bətnində olan ürək qüsurlu körpələrin ixtisaslaşmış mərkəzlərdə doğulmasının məqsədəuyğun olduğunu söyləyib.

Daha sonra mütəxəssis bu tipli xəstəliklə doğulan iki körpənin hekayəsi barədə ətraflı məlumat verib. Hospitalın bu istiqamətdə gördüyü işlər haqqında danışan uzman kardioloq cərrahiyyə əməliyyatının uğurla başa çatdığını diqqətə çatdırıb. 

Ürək qüsuru olan körpələrin elə ana bətnində əməliyyat etmək imkanlarının yaradılmasını da hospitalın mütəxəssisləri vurğulayıb. 

Bu tip əməliyyatlarda birbaşa iştirak etmiş uzman Dr. Uşaq cərrahı Şiraslan Baxşəliyev tədbirə öz fikirləri ilə davam edib. 10 il ərzində İstanbulda uşaq cərrahı kimi fəaliyyət göstərən

Şiraslan Baxşəliyev bu cür xüsusi əməliyyatların incəlikləri haqqında məlumat verib. 

Bu əməliyyatlarda iştirak edən körpələrin valideynlərinə söz verilib. Valideynlər öz növbəsində bu imkanları yaratdığı üçün "Liv Bona Dea Hospitalı" əməkdaşlarına və rəhbərliyinə öz təşəkkürünü bildirib. Onlar əməliyyatın necə keçdiyi, əməliyyat sonrası körpələrin vəziyyəti barədə danışıb. 

Yekunda Mütəxəssislər və hospital rəhbərliyi xatirə şəkli çəkdirdilər.