Uşaq və böyüklərdə pnevmoniya necə başlayır?
Ağciyərlərin ağır iltihabı xəstəliklərindən olan pnevmoniya – yüksək hərarət, öskürək, xırıltı, titrətmə, tənəffüs boğulması kimi əlamətlərlə müşahidə olunur.
Əgər iltihabı proses ağciyər toxumasının ayrıca bir hissəsini və ya seqmentini zədələyibsə, o zaman pnevmoniya sakit, yəni gizli başlayacaq.
Zəif immunitet, antibiotik qəbulu və bronxlarda olan bakterial fəsadın nəticəsi olan bəlğəmin təbii yolla çıxmasının qarşısını almaq pnevmoniyanı aktivləşdirir.
Qazet.az pnevmoniyanın başlaması əlamətlərini təqdim edir.
-Yanaqlarda ağrılı, qırmızımtıl ləkə, qızartının əmələ gəlməsi
-Tənəffüsün fitverici olması
-Təngnəfəslik- pilləkən çıxanda belə hiss olunur
-Ürəkdə ağırlıq, nəbzin sürətlənməsi
-Dərin nəfəs alma zamanı ağrı
-Bədəni beldən çevirəndə döş qəfəsində ağrı
- Daim susuzluq hissi, ümumi zəiflik, gecələr tərləmə