Bakı -11˚C Rain and snow

ÜST baş direktor vəzifəsinə seçkilər keçirəcək

Gündəm 18:25 29 okt, 2021

Məlumatı oktyabrın 29-da ÜST Katibliyi yayıb

ÜST baş direktor vəzifəsinə seçkilər keçirəcək

Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) üzv dövlətlər qurumun hazırkı baş direktoru Adan Qebreyesusun namizədliyini ikinci 5 il müddətinə yenidən irəli sürüblər.

Qazet.az xəbər verir ki, məlumatı oktyabrın 29-da ÜST Katibliyi yayıb.

Bildirilib ki, təşkilata üzv 28 dövlət müəyyən edilmiş müddətdə namizədlə bağlı təkliflərini göndəriblər.

Məlumata görə, baş direktorun növbəti səlahiyyət müddəti 2022-ci ilin mayında ÜST-ün 75-ci Assambleyasında təsdiqlənəcək.

Həmin il avqustun 16-dan isə yeni baş direktor səlahiyyətlərinin icrasına başlayacaq.