ÜST-dən xəbərdarlıq: Pandemiyadan sonra dünyada daha böyük problemlər yaranacaq
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus xəbərdarlıq edib
Bəşəriyyət pandemiyadan sonra digər daha ciddi təhlükələrlə üzləşəcək.
Qazet.az-ın xarici mətbuata istinadən məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus xəbərdarlıq edib.
"Pandemiya başa çatdıqda biz əvvəl olduğundan daha böyük çətinliklərlə üzləşəcəyik: yoxsulluq, aclıq, bərabərsizlik, qeyri-infeksion xəstəliklər, iqlim dəyişikliyi və sair" - o deyib.
O əlavə edib ki, indi insanların sağlamlığın dəyəri haqqında təsəvvürləri əsaslı şəkildə dəyişməlidir. Tedros Adanom Qebreyesusun sözlərinə görə, dünyada iqtisadi artım bütün planetin rifahına əsaslanmalıdır.
ÜST rəhbəri səhiyyə xərclərinə deyil, gələcək sərmayələrə baxmağa çağırıb.