Bakı 13˚C Mostly cloudy

ÜST: "Dünya ölkələri üzrə peyvənd olunanların sayı azdır"

Cəmiyyət 16:31 24 yan, 2022

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Gebreyesus mətbuat konfransında bildirib

ÜST: "Dünya ölkələri üzrə peyvənd olunanların sayı azdır"

Koronavirusa qarşı peyvənd olunanların payı 86 ölkədə 40 faizdən, 34 ölkədə isə 10 faizdən azdır.

Qazet.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Gebreyesus mətbuat konfransında bildirib.

Təşkilat rəhbəri 2022-ci ilin ortalarınadək bütün ölkələrdə 70 faizlik peyvəndləmə hədəfinin hələ də uzaq ehtimal olduğunu diqqətə çatdırıb.