ÜST koronavirusun yeni növünü gözləyir
Mütəxəssislər, omikron ştammının indi yayılmış versiyasından daha təhlükəli olacaq yeni bir koronavirus ştamının ortaya çıxacağını gözləyirlər.
Qazet.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının eksperti Mariya van Kerxove qurumun “Twitter” səhifəsində bildirib.
"Bu virusla (omikron ştammı - red.) qeyri-müəyyənlik var. Biz virusun gələcək variantlarının xüsusiyyətlərinin nə olacağını dəqiq bilmirik", - Kerxove izah edib.
Koronavirusun yeni variantı indikindən daha yoluxucu ola bilər, çünki onu ötməlidir. Xüsusiyyətlərinə görə, yeni variantlar formalaşmış immunitetdən yan keçə biləcəklər. Buna görə də mütəxəssislərin fikrincə, insanlar ayıq-sayıq olmalı və COVID-19-a qarşı gücləndirici vaksinlər hazırlamalıdırlar.
Maria van Kerkhove əlavə etdi ki, koronavirus keçməyəcək, ona görə də insanlar onunla yaşamağı öyrənməlidirlər. "Pandemiya belə başa çatacaq, lakin hazırda bu, hələ baş verməyib" deyə ekspert yekunlaşdırıb.