Bakı 13˚C Cloudy

ÜST meymunçiçəyini "fövqəladə hal" elan etdi

Cəmiyyət 11:47 26 iyn, 2022

ÜST xəstəliyin daha da yayılmasına nəzarətin intensiv cavab səyləri tələb etdiyini vurğulayıb

ÜST meymunçiçəyini "fövqəladə hal" elan etdi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəladə Hallar Komitəsi meymunçiçəyi infeksiyasını “fövqəladə vəziyyət” kimi tanıdıqlarını elan edib.

Qazet.az xəbər verir ki, bu barədə ÜST-nin komitə iclasının yekunlarına dair bəyanatında deyilir.

“Komitənin bir neçə üzvünün fərqli fikirlər söyləməsinə baxmayaraq, komitə konsensus əsasında ÜST-nin Baş Direktoruna məlumat vermək qərarına gəldi ki, hazırkı mərhələdə epidemiyanın PHEIC (Beynəlxalq Narahatlığın Fövqəladə Halı) olmadığı müəyyən edilməlidir” - məlumatda deyilir.

Bununla belə, qeyd edilib ki, komitə yekdilliklə meymunçiçəyi epidemiyasının “fövqəladə halını” tanıyıb.

ÜST xəstəliyin daha da yayılmasına nəzarətin intensiv cavab səyləri tələb etdiyini vurğulayıb.

Daha əvvəl Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bildirib ki, 2022-ci ilin əvvəlindən dünyanın 48 ölkəsində 3,2 mindən çox təsdiqlənmiş meymunçiçəyi virusuna yoluxma halı aşkarlanıb.