ÜST: “Omikron” Avropada pandemiyaya son qoya bilər
Cəmiyyət
11:30 24 yan, 2022
Çox güman ki, bölgə pandemiyanın sonuna yaxınlaşır

Koronavirusun “omikron” ştammı Avropada COVID pandemiyasına son qoya bilər.
Qazet.az “RİA Novosti”a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Direktoru Hans Kluge bildirib.
“Çox güman ki, bölgə pandemiyanın sonuna yaxınlaşır”, deyə ÜST rəsmisi bəyan edib.
Qeyd edək ki, Cənubi Afrikada aşkar olunan ştamm yüksək yolxuculuğu ilə seçilir və əksər ölkələrdə yoluxma sayının kəskin artmasına səbəb olub.