Bakı 28˚C Cloudy

ÜST: Suriyanın 10 vilayətində vəba epidemiyası yayılıb

Xəbərlər 06:49 01 okt, 2022
ÜST: Suriyanın 10 vilayətində vəba epidemiyası yayılıb

Suriyanın 10 vilayətində vəba epidemiyası qeydə alınıb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı xəbər verib.

Bildirilir ki, xəstəlik bütün ölkəyə yayılmaqda davam edir.

Qeyd edək ki, hazırda ölkədə 426 yoluxma halı təsdiqlənib, 33 nəfər xəstəlikdən ölüb. Ən çox yoluxma və ölüm Hələbdə aşkarlanıb.

ÜST vəziyyəti son dərəcə narahatedici adlandırıb.

Mənbə: TVC