Bakı 14˚C Mostly cloudy

ÜST Uhanda yenidən araşdırmaya başladı

Gündəm 21:31 29 sen, 2021

ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus bu qiymətləndirmənin kifayət qədər əhatəli olduğuna inanmadığını elan etmiş və daha çox məlumat və daha güclü nəticələr əldə etmək üçün araşdırmalara ehtiyac olacağını qeyd etmişdi.

ÜST Uhanda yenidən araşdırmaya başladı

“Wall Street”in xəbərinə görə, Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun mənşəyini müəyyən etmək üçün araşdırmalara başlayıb.

Qazet.az xəbər verir ki, təşkilatın elmi məsləhətçi qrupu virusun mənşəyini araşdırmaq üçün Çinin Uhan şəhərinə göndərilib. Bildirilib ki, qrup laboratoriya təhlükəsizliyi mütəxəssisləri, biotəhlükəsizlik mütəxəssisləri, genetiklər və baytarlar da daxil olmaqla 20 nəfərdən ibarətdir. Əsas tapşırıq ölkədə qeydə alınan ilk yoluxma və hesabat məlumatlarını əldə etməkdir.

Xatırladaq ki, ÜST və Çinin COVID-19-un mənşəyinə dair hesabatında koronavirusun yarasalardan insanlara başqa bir heyvan vasitəsi ilə keçdiyi irəli sürülmüşdü. Virusun laboratoriyadan sızma ehtimalının isə qeyri-mümkün olduğu bildirilmişdi.